Əsas məzmuna keç

Azərbaycan və Misir Baş nazirlərinin görüşü olub

Azərbaycan və Misir Baş nazirlərinin görüşü olub

bu barədə Nazirlər Kabinetindən bildirilib. Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq...

Azərbaycanın Baş naziri noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Misirin Baş naziri Mustafa Mədbuli ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, görüşdə ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.

İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin müvafiq olaraq 2024 və 2023-cü illərdə baş tutmuş qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmin səfərlərin Azərbaycan-Misir əlaqələrinin tarixində yeni səhifə açdığı qeyd olunub.

İki ölkə arasında təşkilatlar çərçivəsində yüksək qiymətləndirilib, xüsusilə Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə olunub.

Görüş zamanı həmçinin Azərbaycan-Misir əlaqələrinin cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…