Əsas məzmuna keç

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub

İyulun 17-də müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan...

İyulun 17-də müdafiə nazirinin müavini - Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Respublikası Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən məlumat verilib.

General-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Qonaqlar, həmçinin Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə məlumatlandırılıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Z.Çxaidze öz növbəsində göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunması, birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…