Operativ Məlumat Mərkəzi

Azərbaycan səfirliyi ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

1 dəq
Paylaş:
Azərbaycan səfirliyi ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi ilə əlaqədar vətəndaşlarına müraciət ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının sosial şəbəkədəki paylaşımında qeyd olunub.

“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılmışdır. ABŞ-də daimi və ya müvəqqəti , o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, – paylaşımda diqqətə çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax