Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti: "Ərəb Qaz Kəməri vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik"

2 dəq
Paylaş:
Azərbaycan Prezidenti: "Ərəb Qaz Kəməri vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik"

Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

"Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Artıq qeyd etdiyim kimi, düşünürük ki, Suriyaya qazın həcmini artıra bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla yanaşı, ticarətçi kimi fəaliyyət göstəririk. Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu, mühüm amildir", - vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın Yaxın Şərq ölkələri ilə, əsasən Körfəz Ölkələri ilə əlaqələri çox yaxşıdır - dostcasına və nəticəyönümlüdür: "Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Yeri gəlmişkən, bizim bərpaolunan enerjidə əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiya yatırırlar".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax