Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti: "Əminəm ki, Qarabağda yaşayan erməni əhali tezliklə yaxşılığa doğru dönüşü görəcək"

2 dəq
Paylaş:
Azərbaycan Prezidenti: "Əminəm ki, Qarabağda yaşayan erməni əhali tezliklə yaxşılığa doğru dönüşü görəcək"

"Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhali bizim vətəndaşlarımızdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları (Qarabağın erməni əhalisini – red.) girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdu, onların beyinlərini zəhərləmişdi.

“Mən ki, Qarabağda erməni əhali tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, - deyə İlham Əliyev diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax