Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun Xəzər dənizində keçirdiyi taktiki təlimlər başa çatıb

2 dəq
Paylaş:
Azərbaycan Ordusunun Xəzər dənizində keçirdiyi taktiki təlimlər başa çatıb

Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən "Xəzri dalğası" təlimi başa çatıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin yekun mərhələsində dənizinin Respublikasına məxsus ərazi sularında təhdid zamanı şərti düşmən gəmisinin, eləcə də hava və sahil hədəflərinin məhv edilməsi üzrə atışları icra edilib.

Təlimdə, həmçinin xilasetmə və əlverişli şəraitinin saxlanılması üzrə müxtəlif fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub.

Ümumilikdə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınlarının cəlb olunduğu "Xəzri dalğası" taktiki təlimində qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax