Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd edilib

3 dəq
Paylaş:
Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd edilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 İyun - Milli Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Bayram günündə şəxsi heyət ölkə ərazisindəki mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, xalqımızın Ümummilli Liderinin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən filmləri izləyib, həmçinin hərbi qulluqçular üçün müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

övladlarının da iştirak etdiyi tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb.

Qeyd edilib ki, otuz bir il əvvəl Ümummilli Lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə respublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyulub. Bu gün Ulu Öndərin Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaq ideyaları onun siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin, iqtisadi rayonunda keçirilən antiterror əməliyyatından sonra respublikamızın ərazi bütövlüyünün tam təmin olunmasının tarixi əhəmiyyətindən danışılıb.

Sonra döyüş hazırlığında fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar təqdim olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivlərinin, həmçinin incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları təqdim edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax