Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin təlim toplanışı davam edir

2 dəq
Paylaş:
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin təlim toplanışı davam edir

"N" hərbi hissəsində 2023-cü il üçün planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən toplanışı davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış çərçivəsində hərbi vəzifəlilərlə görüş keçirilərək onların -psixoloji vəziyyəti yoxlanılıb, milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Həmçinin toplanışda hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Əvvəlcə hərbi vəzifəlilərə , silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları çatdırılıb.

Təlim sahəsində praktiki vərdişlərini təkmilləşdirən hərbi vəzifəlilər silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və düzgün nişanalma qaydalarına əməl etməklə düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax