Əsas məzmuna keç

Azərbaycan nefti 1 %-dək bahalaşıb

Azərbaycan nefti 1 %-dək bahalaşıb

Dünya bazarında " " markalı neftinin 1 barelinin 0,76 ABŞ dolları, yaxud 0,88 % artaraq 87,48 ABŞ dolları təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM" -yə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 85,14 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…