Əsas məzmuna keç

Azərbaycan lideri Koreyanın Prezidentinə məktub göndərib

Azərbaycan lideri Koreyanın Prezidentinə məktub göndərib

məktubda deyilir: "Hörmətli cənab Prezident, Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı...

İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edir, ən arzularımı .

Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur. Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, sənaye, yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün yaxşı imkanlar vardır.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Koreya əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Koreya Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…