Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Tailand Kralına məktub ünvanlayıb

1 dəq
Paylaş:
Prezident İlham Əliyev Tailand Kralına məktub ünvanlayıb
məktubda deyilir: "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı...

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu gün Azərbaycan ilə Tailand arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq dostluq əlaqələrimizin möhkəmlənməsi, səmərəli əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər