Əsas məzmuna keç

Azərbaycan ixrac etdiyi neftin 75 faizini BTC ilə nəql edib

Azərbaycan ixrac etdiyi neftin 75 faizini BTC ilə nəql edib

Yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,3 faiz artaraq 6 milyon 307,7 min ton təşkil edib. Dövlət...

Yanvar-fevral aylarında Azərbaycandakı magistral kəmərləri ilə olunan neft 4,3 6 milyon 307,7 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə neft nəqli 2 faiz artaraq 4 milyon 725,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,2 faizini və ya 3882,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,8 faizini və ya 842,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…