Operativ Məlumat Mərkəzi

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır

1 dəq
Paylaş:
Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bütün təsnifatları üzrə hotellərdə bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə və Gürcüntanla müqayisədə az olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, hotellərində orta qiymət yanvarda 87,5 manat (ötən ilin eyni dövrünə 7,3 % çox), fevralda 102,6 manat (29,3 % çox), martda 134,3 manat (43,3 % çox), apreldə 131,7 manat (37,7 % çox), mayda 131,75 manat (dinamika elan edilməyib), iyunda 138,75 manat (4,5 % az), iyulda 136,75 manat (8,4 % az), avqustda isə 118 manat (48,5 % az) edib.

İstanbulda orta qiymət yanvarda 159,5 manat (2,8 % az), fevralda 130,6 manat (14,5 % çox), martda 138,2 manat (15,7 % az), apreldə 180,8 manat (0,5 % çox), mayda 193,2 manat (dinamika elan edilməyib), iyunda 167,2 manat (18,6 % az), iyulda 160,2 manat, avqustda isə 164,2 manat (10,3 % az) olub.

Gürcüstanda isə orta qiymət yanvarda 159 manat (34,7 % çox), fevralda 126 manat (21,5 % çox), martda 111 manat (0,1 % az), apreldə 141 manat (9,2 % az), mayda 132,2 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb), iyunda 121,4 manat (46,7 % az), iyulda 120,4 manat (50 % az), avqustda isə 134 manat (26,2 % az) təşkil edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Turizm

Hamısına bax