Operativ Məlumat Mərkəzi

Azərbaycan bölməsi üzrə birincilərin məktəb seçimi başlayıb

2 dəq
Paylaş:
Azərbaycan bölməsi üzrə birincilərin məktəb seçimi başlayıb

Mayın 15-i saat 11:00-dan etibarən orta məktəblərin bölməsi üzrə sorğuların yerləşdirilməsinə (məktəb ) başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gündən həmçinin, dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün prosesi da həyata keçiriləcək.

Proses mayın 31-i saat 18:00-a qədər davam edəcək.

İyunun 20-də tədris digər dillərdə aparılan məktəblərdə məktəb seçiminə başlanılacaq və proses sentyabrın 14-də yekunlaşacaq.

Eyni zamanda Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat da bu gündən başlayır. Qeydiyyat iyunun 27-si saat 18:00-a qədər davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr