Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərdə daha 226 mina, 5498 PHS aşkarlanıb

1 dəq
Paylaş:
Azad edilmiş ərazilərdə daha 226 mina, 5498 PHS aşkarlanıb

İşğaldan azad ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan barədə həftəlik (20.10.2025-26.10.2025) məlumat açıqlanıb.

Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 143 piyada əleyhinə mina, 83 tank əleyhinə mina, 5498 Partlamamış Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1644,6 hektar mina və PHS-lərdən təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax