Operativ Məlumat Mərkəzi

Avstraliyadan müdafiə xərcləri üçün 50 milyard dollar əlavə büdcə ayrılacaq

2 dəq
Paylaş:
Avstraliyadan müdafiə xərcləri üçün 50 milyard dollar əlavə büdcə ayrılacaq

Avstraliyanın Riçard Marles qarşıdakı 10 ildə müdafiə xərcləri üçün 50 milyard əlavə büdcə ayrılacağını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "ABC News" məlumat verib.

Avstraliya Milli Klubunda çıxış edən Marles “İnteqrasiya edilmiş İnvestisiya Proqramı” (IIP) və ölkənin müdafiə büdcəsinin artırılması planını ehtiva edən 2024-cü il Milli Müdafiə Strategiyasını təqdim edib.

Marles, 10 illik müddətdə Avstraliyanın müdafiə büdcəsinə 50 milyard əlavə ediləcəyini, 72,8 milyard dolların isə mövcud xərclərin yenidən təşkili ilə müdafiə xərclərində istifadə edilə biləcəyini bildirib.

Nazir Marles qeyd edib ki, hökumətin yeni planı çərçivəsində uzaqmənzilli raketlərin, hədəf nişanlı və avtonom silah sistemlərinin hazırlanmasına 1 milyard dollardan çox vəsait ayrılacaq.

Avstraliyanın ticarətə "asılı olduğunu" və yanacaq ehtiyacının təxminən 85 faizini , Sinqapur və Malayziyadan idxal etdiyini xatırladan Marles, "biz həqiqətən dənizdəki rabitə şəbəkəsindən asılıyıq. Dəniz yolundakı qaydalar bizim hər şeyimizdir",-deyə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax