Avstraliyadan müdafiə xərcləri üçün 50 milyard dollar əlavə büdcə ayrılacaq

Avstraliyadan müdafiə xərcləri üçün 50 milyard dollar əlavə büdcə ayrılacaq
17.04.2024 16:17
Aa
dəq

Avstraliyanın müdafiə naziri Riçard Marles qarşıdakı 10 ildə müdafiə xərcləri üçün 50 milyard dollarlıq əlavə büdcə ayrılacağını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "ABC News" məlumat verib.

Avstraliya Milli Mətbuat Klubunda çıxış edən Marles “İnteqrasiya edilmiş İnvestisiya Proqramı” (IIP) və ölkənin müdafiə büdcəsinin artırılması planını ehtiva edən 2024-cü il Milli Müdafiə Strategiyasını təqdim edib.

Marles, 10 illik müddətdə Avstraliyanın müdafiə büdcəsinə 50 milyard dollar əlavə ediləcəyini, 72,8 milyard dolların isə mövcud xərclərin yenidən təşkili ilə müdafiə xərclərində istifadə edilə biləcəyini bildirib.

Nazir Marles qeyd edib ki, hökumətin yeni planı çərçivəsində uzaqmənzilli raketlərin, hədəf nişanlı və avtonom silah sistemlərinin hazırlanmasına 1 milyard dollardan çox vəsait ayrılacaq.

Avstraliyanın ticarətə "asılı olduğunu" və yanacaq ehtiyacının təxminən 85 faizini Cənubi Koreya, Sinqapur və Malayziyadan idxal etdiyini xatırladan Marles, "biz həqiqətən dənizdəki rabitə şəbəkəsindən asılıyıq. Dəniz yolundakı qaydalar bizim hər şeyimizdir",-deyə bildirib.

Həftənin ən çox oxunanları

Krıma gecə hücumu zamanı ABŞ kəşfiyyat təyyarəsi aşkarlanıb

Krıma gecə hücumu zamanı ABŞ kəşfiyyat təyyarəsi aşkarlanıb
DAVAMIN OXU davamın oxu

İsrailin Qəzzaya hücumunda ən azı 37 fələstinli həyatını itirib

İsrailin Qəzzaya hücumunda ən azı 37 fələstinli həyatını itirib
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş nazirinin əməliyyatı beş saat çəkib

Slovakiyanın Baş nazirinin əməliyyatı beş saat çəkib
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş nazirinin həyatı üçün təhlükə qalır

Slovakiyanın Baş nazirinin həyatı üçün təhlükə qalır
DAVAMIN OXU davamın oxu

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib
DAVAMIN OXU davamın oxu