Operativ Məlumat Mərkəzi

Avstraliya və Aİ təhlükəsizlik və müdafiə əlaqələrini gücləndirəcək

2 dəq
Paylaş:
Avstraliya və Aİ təhlükəsizlik və müdafiə əlaqələrini gücləndirəcək

Avstraliyanın Entoni Albanese Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta ilə görüşündə Aİ ilə və müdafiə tərəfdaşlığı mövzusunda danışıqlara başlamaq qərarına gəldiklərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Albanese bu barədə X platformasında verdiyi açıqlamada bildirib.

" ticarət, təhlükəsizlik və müdafiə sahələrində Avropa İttifaqı (Aİ) ilə əlaqələrini dərinləşdirir. Bu gün biz müdafiə sənayesi, və terrorla mübarizə kimi sahələrdə mövcud və artan əməkdaşlığımız üçün çərçivə təmin edəcək Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı haqqında danışıqlar aparmaq barədə razılığa gəldik",- deyə açıqlamada qeyd olunub.

Dondurulmuş Azad Ticarət Müqaviləsi (STA) danışıqlarının davam etdiriləcəyini ifadə edən Albanese, bunun Avstraliya və Avropada daha çox iş yeri yaradacağını vurğulayıb.

Albanese ABŞ prezidenti Donald Trampın yüksək səviyyəli iqtisadi komandası ilə görüşdüyünü və iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsi məsələsini müzakirə etdiyini də qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax