Operativ Məlumat Mərkəzi

Avstraliya “qızıl vizalar”ın verilməsini dayandırıb

1 dəq
Paylaş:
Avstraliya “qızıl vizalar”ın verilməsini dayandırıb

5 milyon Avstraliya dollarından (3,3 milyon ABŞ dolları) çox sərmayə qoyan insanlara verilən “ viza” müraciətlərini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın naziri Kler Onil bildirib.

Avstraliya hakimiyyəti bu qərarı daha ixtisaslı miqrantları cəlb etmək üçün miqrasiya siyasətini dəyişdirməklə izah edib.

“Aydındır ki, bu viza ölkəni və iqtisadiyyatı miqrasiya sistemi ilə bağlı bizə lazım olanlarla təmin etmir”, - o qeyd edib.

Onun sözlərinə görə, viza proqramından indi insanlar Avstraliyada məskunlaşmaq və ölkədə təqaüdə çıxmaq üçün tez-tez istifadə edirlər.

Nazir əlavə edib ki, hökumət diqqəti ixtisaslı mütəxəssislərin cəlb edilməsinə yönəltməyi planlaşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax