Operativ Məlumat Mərkəzi

Avropa Ukrayna üçün yeni kredit planı yaradır

2 dəq
Paylaş:
Avropa Ukrayna üçün yeni kredit planı yaradır

ölkələri Kiyevi maliyyələşdirmək üçün istifadə edilən dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə 2026-cı ilin əvvəlində Ukraynanın maliyyə çöküşünün qarşısını almaq üçün təcili olaraq yeni plan hazırlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Oktyabr sammitində Aİ liderləri Ukraynaya 140 milyard avroluq vermək üçün Moskvanın dondurulmuş aktivlərindən istifadə təklifi ilə razılaşacaqlarına ümid edirdilər.

Lakin bu ideya fondların yerləşdiyi Belçikanın Bart de Veverin şiddətli müqaviməti ilə qarşılaşıb.

Belçikanın Baş naziri Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı ciddi risklərdən narahatdır.

Aİ liderlərinin dekabr sammitində təzminat krediti təklifinin hazırlanmadığı halda Ukraynaya kömək üçün yeni təşəbbüslər arasında tərəfinə “körpü krediti”nin verilməsi də var .

Nəşr qeyd edir ki, belə bir planın hazırlanması yaxın günlərdə başa çatdırıla bilər.

Bununla belə, uzunmüddətli perspektivdə Aİ “təzminat krediti”nə alternativin olmadığına inanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax