Avropada 30-dan çox media qurumu "Google"ın reklam texnologiyasındakı dominant mövqeyindən sui-istifadə etdiyini iddia edərək, şirkətdən 2,1 milyard avro təzminat tələb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Açıqlamada iddianın Hollandiyanın Amsterdam Rayon Məhkəməsində açıldığı və "Google"ın reklam texnologiyası tətbiqlərinin rəqabətə zidd olduğu üçün təzminat tələb edildiyi bildirilib.
Fransanın rəqabət qurumunun "Google"ı 2021-ci ildə reklam texnologiyası sahəsində dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən etdiyi, Avropa Komissiyasının isə 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi vurğulanıb.
“Əgər Google öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri reklamdan əhəmiyyətli dərəcədə yüksək gəlir əldə edər və reklam texnologiyası xidmətləri üçün daha aşağı ödənişlər ödəyərdi”, - deyə bəyanatda bildirilib.
Avropa media qurumları "Google"dan 2,1 milyard avro təzminat tələb edir
Oxşar xəbərlər
Avropa xəbərləri
Ukrayna Rusiyanın logistika mərkəzlərinə zərbələr endirdi
Avropa xəbərləri
Yunanıstanda açıq havada işləmək müvəqqəti qadağan edildi
Avropa xəbərləri
NATO-da Zelenskinin qərarı təəccüblə qarşılandı
Avropa xəbərləri
Aİ və Ukrayna arasında dron istehsalı ilə bağlı yeni saziş imzalandı
Eyni mövzuda
Avropa xəbərləri
Avropa Komissiyası Britaniya ilə müdafiə müqaviləsi bağlamayacaq
Avropa xəbərləri
Aİ Kiyevə 6,6 milyard avro ayrılması ilə bağlı qərarı təxirə saldı
Avropa xəbərləri
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 500 milyon avro ayırır
Avropa xəbərləri
Aİ-nin kreditindən sonra Kiyevə təzyiqlər artıb
Daha çox: Avropa xəbərləri
Avropa xəbərləri
Avropa İttifaqı Ermənistanda yeni missiya yaradır: Məqsəd nədir?
Avropa xəbərləri
Avropa Komissiyası Ukraynanın dron istehsalına dəstəyi artırır
Avropa xəbərləri
Ankarada NATO sammiti: Müdafiə xərcləri və yeni hədəflər müzakirə olunacaq
Avropa xəbərləri