Operativ Məlumat Mərkəzi

Atəşkəs pozuldu, 1 hərbçi yaralandı - YENİLƏNİB -2 - VİDEO

2 dəq
Paylaş:
Atəşkəs pozuldu, 1 hərbçi yaralandı - YENİLƏNİB -2 - VİDEO

Daha əvvəl xəbər verdiyimiz kimi, SQ-nin atəşkəsi pozması nəticəsində DSX-nin 1 hərbi qulluqçusu yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, hərbçi boğaz nahiyəsindən güllə yarası alıb və vəziyəti ağırdır. O, dərhal Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.

Həmçinin, etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, bu Ermənistan tərəfinin törətdiyi ilk təxribat deyil. Qarşı tərəf son 1 ay ərzində atəşkəsi dəfələrlə pozub.

***

Fevralın 12-də saat 13:37 radələrində -Ermənistan şərti dövlət sərhədinin rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Hazırda şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

***

Fevralın 12-si günorta saatlarında Zəngilan rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) bir hərbi qulluqçusu yaralanıb.

Fakta bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax