Atəşkəs pozuldu, 1 hərbçi yaralandı - YENİLƏNİB -2 - VİDEO

Atəşkəs pozuldu, 1 hərbçi yaralandı - YENİLƏNİB -2 - VİDEO
12.02.2024 17:45
Aa
dəq

Daha əvvəl xəbər verdiyimiz kimi, Ermənistan SQ-nin atəşkəsi pozması nəticəsində DSX-nin 1 hərbi qulluqçusu yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, hərbçi boğaz nahiyəsindən güllə yarası alıb və vəziyəti ağırdır. O, dərhal Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.

Həmçinin, etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, bu Ermənistan tərəfinin törətdiyi ilk təxribat deyil. Qarşı tərəf son 1 ay ərzində atəşkəsi dəfələrlə pozub.

***

Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

***

Fevralın 12-si günorta saatlarında Zəngilan rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) bir hərbi qulluqçusu yaralanıb.

Fakta bağlı araşdırma aparılır. 

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu