Operativ Məlumat Mərkəzi

Astarada balıqçılar itkin düşüb - YENİLƏNİB - 1

2 dəq
Paylaş:
Astarada balıqçılar itkin düşüb - YENİLƏNİB - 1

Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Astarada itkin düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Astarada iki balıqçının ötən gecə axşam saatlarında dənizdə itkin düşdüyü bildirilir.

Dərhal əraziyə FHN-in Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Məlum olub ki, rayonun kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.

Hazırda onların axtarışları davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax