Operativ Məlumat Mərkəzi

Arayik məhkəmədə Paşinyanın yalanını üzə çıxardı

2 dəq
Paylaş:
Arayik məhkəmədə Paşinyanın yalanını üzə çıxardı

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan hazırda baxılan üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair mediasında yayılan iddiaları yalan adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu o, xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında çıxışı zamanı deyib.

“Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var.

Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar. Təşəkkür edirəm”, - A.Harutyunyan bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax