Operativ Məlumat Mərkəzi

Aran rayonlarında 39 dərəcə isti olub - FAKTİKİ HAVA - 24.07.2024

1 dəq
Paylaş:
Aran rayonlarında 39 dərəcə isti olub - FAKTİKİ HAVA - 24.07.2024

İyulun 24-ü saat 9:00-a olan məlumata görə əksər rayonlarda əsasən yağmursuz keçib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin gecə Böyük Qafqazın bəzi yerlərində çaxıb, qısamüddətli yağıb. Düşən yağıntının miqdarı Zaqatalada () 9 mm, Şəkidə 4 mm olub.

Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 35, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax