Operativ Məlumat Mərkəzi

Aqil Qurbanov Qazaxıstana gedib

2 dəq
Paylaş:
Aqil Qurbanov Qazaxıstana gedib

Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi Qazaxıstana səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Baş direktor Respublikasının general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.

Görüşdə və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.

Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçularımızın peşəkarlığının artırılmasına və orduların daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax