Operativ Məlumat Mərkəzi

Antonio Quterreş İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
Antonio Quterreş İlham Əliyevi təbrik edib
təbrikdə deyilir: "Zati-aliləri. Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü...

Təşkilatının Antonio Quterreş Respublikasının Prezidenti İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Birləşmiş Millətlər Təşkilatı bu günü Azərbaycan xalqı ilə birlikdə qeyd edir.

Bu əlamətdar tarix Dayanıqlı İnkişaf Məqsədlərinin inkişaf etdirilməsinin, iqlim böhranı ilə mübarizənin, hamı üçün fürsətlərin genişləndirilməsi və ümid verilməsinin əhəmiyyətini xatırlamaq baxımından gözəl fürsətdir.

İndi hamı üçün sülhün, davamlı inkişafın, insan hüquqlarının təmin olunmasına kömək etmək naminə həmrəyliyin və ortaq həll yollarının tapılmasının vaxtıdır.

Bu əlamətdar günü qeyd edərkən, gəlin Azərbaycan xalqı və bütün dünya xalqları üçün daha da yaxşı gələcək naminə səylərimizi artıraq.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax