Operativ Məlumat Mərkəzi

Almaniyada fermerlər hökumətə etiraz ediblər

2 dəq
Paylaş:
Almaniyada fermerlər hökumətə etiraz ediblər

Almaniyada qənaət tədbirləri çərçivəsində kənd təsərrüfatı dizelinə verilən subsidiyaları ləğv etmək istəyən hökumətə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Partiyası (SPD) açıqlama verib.

Belə ki, Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından ibarət hökumətin kənd təsərrüfatına subsidiyaları ləğv etməyi planlaşdırması səbəbindən fermerlərin yanvarın 8-də ölkənin bir çox yerində başladığı etiraz aksiyası Berlində də davam edib.

Almaniyanın müxtəlif bölgələrindən öz traktorları ilə Berlinə gələn fermerlər 17 iyun küçəsini və tarixi Brandenburq qapısı ilə Qələbə abidəsi arasında ətraf prospekt və küçələri bağlayıblar.

Fermerlərin logistika sənayesinin dəstəklədiyi etiraz aksiyalarında yük maşını və digər ağır vasitələri sürücüləri də öz maşınları ilə iştirak edib. Müxtəlif sektorlarda çalışan və hökumətin siyasətindən narazı olan insanların qatıldığı nümayiş Berlin şəhər mərkəzində nəqliyyatın hərəkətində aksamalara səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax