Operativ Məlumat Mərkəzi

Almaniyada əsas dəmir yolu marşrutu bağlanıb

2 dəq
Paylaş:
Almaniyada əsas dəmir yolu marşrutu bağlanıb

Almaniyanın dəmir yolu operatoru olan “ Bahn” (DB) bu gündən ölkənin şəhərləri arasındakı 70 kilometrlik (45 mil) dəmir yolunda qatarların hərəkətini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Deutsche Welle”ə istinadən xəbər verir ki, buna səbəb dekabrın 14-nə qədər davam edəcək təmir işləridir.

Bu marşrut Almaniyanın ən işlək dəmir yolu xətlərindən biri olsa da, futbol üzrə zamanı qatarların gecikməsi və reyslərin ləğvinə görə tənqid edilib.

“Cəmi 5 ay ərzində Frankfurt ilə Mannheym arasındakı xəttin üst qurumu, səs qoruyucu baryerləri, siqnalizasiya texnologiyası yenilənəcək və 20 stansiya müasirləşdiriləcək. İlk dəfə olaraq planlaşdırılan həm şəbəkəni, həm də stansiyaları əhatə edəcək”, - “Deutsche Bahn”ın məlumatında qeyd olunub.

Bundan başqa, 140 kilometr uzunluğunda hava xətləri quraşdırılacaq və marşrut boyunca 20-yə yaxın stansiya yenilənəcək.

Təmir işlərinə 1,3 milyard avro (1,4 milyard ABŞ dolları) xərclənməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax