Operativ Məlumat Mərkəzi

Almaniya səfiri ilə danışıq olduqca sərt aparıldı

2 dəq
Paylaş:
Almaniya səfiri ilə danışıq olduqca sərt aparıldı

Xəbər verdiyimiz kimi, Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycanın ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq ona qarşı sərt etiraz bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, qarşı tərəflə olduqca sərt aparılıb.

Almaniya səfiri bu paylaşımın səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi edildiyini bildirsə də, XİN-in məlumatında qeyd olunduğu kimi, Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib.

Maraqlıdır ki, Almaniya tərəfi hələ də məsələ ilə bağlı üzrxahlıq etməyib.

Əgər bu, həqiqətən də, texniki səhvdirsə, ictimai təxribat deyilsə, nəyə görə Almaniya üzrxahlıq etməkdən çəkinir?!

Qeyd edilən paylaşım fonunda, əgər Almaniya tərəfi məsələ ilə bağlı üzrxahlıq etməyəcəksə, o zaman Almaniya Prezidentinin ölkəmizə gözlənilən səfərinin məqsədəuyğunluğu sual doğurur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax