Operativ Məlumat Mərkəzi

Ali Məhkəmədə şagirdlərlə görüş keçirilib

2 dəq
Paylaş:
Ali Məhkəmədə şagirdlərlə görüş keçirilib

Bu gün Uşaqların Müdafiəsi Günü münasibətilə Respublikasının Ali Məhkəməsi üçün öz qapılarını açıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində 27 nömrəli tam orta məktəbin şagirdləri Ali Məhkəmənin inzibati binası ilə tanış olub, iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin hakimi Elşad Şamayev uşaqlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik və təcrübə barədə məlumatlar verib. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax