Operativ Məlumat Mərkəzi

Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub

2 dəq
Paylaş:
Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub

Albaniya Respublikasının birinci xanımı Armanda Beqay iyulun 7-də Milli Xalça Muzeyi ilə tanış olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-nin xəbərinə görə, muzeydə qonağa xalqımızın qədim sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fond”unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Bakı, Quba, Şirvan, Gəncə, Qazax, və Təbriz məktəblərinin xalça nümunələri nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Daha sonra Albaniyanın birinci xanımı Armanda Beqay muzeydə “Zərgərlik fondu” ilə tanış olub. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır.

Muzeylə tanışlıqdan sonra qonağa xatirə hədiyyələri təqdim olunub.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu Albaniyanın birinci xanımında xoş təəssürat yaradıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax