Əsas məzmuna keç

Aİ Ukrayna ilə "Pilotsuz Uçuş Aparatları Alyansı"na qoşulur

Aİ Ukrayna ilə "Pilotsuz Uçuş Aparatları Alyansı"na qoşulur

o, çıxışı zamanı Avropa İttifaqının Ukrayna ilə əməkdaşlığını genişləndirmək üçün "Pilotsuz Uçuş Aparatları Alyansı"na qoşulacağını bəyan edib. Ursula...

Avropa Komissiyasının rəhbəri Ursula fon der Avropa Parlamentində Avropa İttifaqında (Aİ) vəziyyətlə bağlı illik məruzə ilə çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, zamanı Avropa İttifaqının ilə əməkdaşlığını genişləndirmək üçün "Pilotsuz Uçuş Aparatları Alyansı"na qoşulacağını bəyan edib.

Ursula fon der Leyen bildirib ki, Aİ bu məqsədlə ''ERA'' kreditindən 6 milyard avronun azad olunmasına qərar verib.

''ERA'' krediti Federasiyasına məxsus dondurulmuş aktivlərlə təmin olunur.

Fon der Leyen həmçinin Rusiya və Çin arasında əməkdaşlığın gücləndiyi indiki geosiyasi şəraitdə Aİ ilə ABŞ arasında ticarət əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu nə qədər tənqid edilsə də, ciddi qlobal qeyri-sabitlik dövründə Avropaya həyati sabitlik qazandırır.

Ursula fon der Leyenin çıxışı Aİ-nin yaxın illərdə Ukrayna ilə daha sıx hərbi və iqtisadi əməkdaşlığa gedəcəyinin və ABŞ ilə strateji tərəfdaşlığı qoruyacağına dair siqnal kimi qiymətləndirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…