Operativ Məlumat Mərkəzi

Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini ABŞ ilə razılaşdırıb

1 dəq
Paylaş:
Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini ABŞ ilə razılaşdırıb

Avropa İttifaqının (Aİ) tezliklə qəbul planlaşdırdığı Rusiyaya qarşı 19-cu sanksiya ABŞ ilə razılaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransanın naziri Jan- Barrot TF1 telekanalına açıqlama verib.

Onun sözlərinə görə, bu, ABŞ-də Donald Trampın hakimiyyətə qayıdışından sonra ilk dəfədir ki, Brüssel və Vaşinqton arasında razılaşdırılmış sanksiya paketi olacaq. Yeni tədbirlərin yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sentyabrın 19-da sanksiya paketinə dair təklifləri təqdim edib. Buraya, 2027-ci ildən etibarən Rusiyanın LNG-nin Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və bank sektoruna qarşı daxildir.

Eyni zamanda, iqtisadi və sosial məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis bəyan edib ki, yeni paketdə Trampın tələb etdiyi kimi Rusiyadan neft idxalına məhdudiyyətlər nəzərdə tutulmur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax