Operativ Məlumat Mərkəzi

Aİ xarici işlər nazirləri noyabrın 26-da Ukrayna ilə bağlı videokonfrans keçirəcəklər

2 dəq
Paylaş:
Aİ xarici işlər nazirləri noyabrın 26-da Ukrayna ilə bağlı videokonfrans keçirəcəklər

Avropa İttifaqının xarici işlər nazirləri 26 noyabr tarixində Ukraynadakı münaqişəni müzakirə etmək üçün fövqəladə videokonfrans keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Görüş ABŞ-nin sülh təklifləri ilə bağlı müzakirələri davam etdirəcək.

Mənbəyə görə, bu proses 23 noyabrda Cenevrədə ABŞ və Ukrayna ilə məsləhətləşmələrdə Almaniya, Fransa, Böyük Britaniya və Aİ nümayəndələrinin iştirakı ilə başlayıb, 24 noyabrda Anqolada Aİ-Afrika Birliyi sammiti, çərşənbə axşamı isə koalisiya videokonfransı ilə davam edəcək.

İndiyə qədərki məsləhətləşmələr Aİ-nin Ukrayna danışıqlarında aktiv iştirak etmək istəyini ortaya qoyub. Brüssel hazırda əsas olaraq aşağıdakı məsələlərə diqqət yetirir:

Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin ABŞ-nin nəzarətinə verilməsinin qarşısını almaq,

Ukrayna Silahlı Qüvvələrinin sayı və silahlanmasına qoyulan məhdudiyyətləri istisna etmək,

Ukraynanın NATO-ya qoşulma ehtimalını və Qərb qoşunlarının Ukraynada yerləşdirilməsini qorumaq.

Bununla yanaşı, Aİ Ukraynanın suverenliyi və sərhədlərinə hörmət tələb edir, lakin bu məsələdə praktiki qərarların Kiyevin ixtiyarına buraxılmasına hazırdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər