Operativ Məlumat Mərkəzi

Aİ liderləri Gürcüstanla bağlı birgə bəyanat yayıblar

2 dəq
Paylaş:
Aİ liderləri Gürcüstanla bağlı birgə bəyanat yayıblar

Avropa İttifaqının (Aİ) siyasəti üzrə ali nümayəndəsi Kaya və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə yayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, sənəddə yerli seçkilərin başqa cür düşünənlərin uzun müddət sıxışdırılması fonunda keçirildiyi bildirilib.

Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub.

“Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələri və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”, - bəyanatda deyilir.

Bəyanat müəllifləri, həmçinin Aİ-nin Gürcüstandakı səfirinin rolu ilə bağlı dezinformasiyanı qəti şəkildə rədd edərək qınadıqlarını bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax