Operativ Məlumat Mərkəzi

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb - YENİLƏNİB

Ağdərədə minaya düşən şəxs Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, ilkin tibbi yardım daha ixtisaslı tibbi almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi icra olunacaq.

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

***

Ağdərədə mina hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Ağdərə rayon Həsənqaya kəndi ərazisində qeydə alınıb. Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax