Əsas məzmuna keç

Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Ağcabədidə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Şükür Abdullayev və...


Ağcabədidə polis əməkdaşlarının keçirdikləri tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Şükür Abdullayev və qardaşı Elçin saxlanılıblar.

DİN-in Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, əvvəllər məhkum və hazırda da azadlıqları məhdudlaşdırıldığına görə elektron qolbaqla təchiz olunmuş qardaşların evindən və üzərindən narkotik vasitələr aşkar edilib.

Belə ki, yaşadıqları evə baxış zamanı Ş.Abdullayevə məxsus 2 kiloqram 270 qram marixuana və yarım kilo heroin, E.Abdullayevin üzərindən isə heroin bükümü müəyyən olunaraq götürülüb.

Faktla bağlı başlanılıb, onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbirlə oğurluq əməlində şübhəli şəxs də saxlanılıb. Belə ki, avtoyuma məntəqəsindən buxar aparatının oğurlandığı barədə polisə məlumat daxil olub.

Məlumat əsasında aparılmış əməliyyat-axtarış nəticəsində oğurluqda şübhəli olan rayon sakini Rüfət Əliyev saxlanılıb. O, cinayəti törətməklə 2300 manat dəyərində ziyan vurub. Oğurlanmış əsya aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…