Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
11.05.2023 09:06
Aa
dəq


Ağcabədidə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Şükür Abdullayev və qardaşı Elçin saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, əvvəllər məhkum olunmuş və hazırda da azadlıqları məhdudlaşdırıldığına görə elektron qolbaqla təchiz olunmuş qardaşların evindən və üzərindən narkotik vasitələr aşkar edilib.

Belə ki, yaşadıqları evə baxış zamanı Ş.Abdullayevə məxsus 2 kiloqram 270 qram marixuana və yarım kilo heroin, E.Abdullayevin üzərindən isə heroin bükümü müəyyən olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbirlə oğurluq əməlində şübhəli bilinən şəxs də saxlanılıb. Belə ki, avtoyuma məntəqəsindən buxar aparatının oğurlandığı barədə polisə məlumat daxil olub.

Məlumat əsasında aparılmış əməliyyat-axtarış nəticəsində oğurluqda şübhəli olan rayon sakini Rüfət Əliyev saxlanılıb. O, cinayəti törətməklə 2300 manat dəyərində ziyan vurub. Oğurlanmış əsya aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu