Əsas məzmuna keç

Ağ Ev: Tramp ABŞ-dəki inflyasiya böhranını məğlub edib

Ağ Ev: Tramp ABŞ-dəki inflyasiya böhranını məğlub edib

Levittin sözlərinə görə, açıqlanan İstehlak Qiymətləri İndeksi (İQİ) hesabatı Tramp administrasiyasının inflyasiya böhranını nəzarət altına ala bildiyini...

ru

Ağ Evin katibi Kerolin Levitt ABŞ Prezidenti Trampın sabiq Co Baydenin dövründə formalaşan inflyasiya böhranını aradan qaldırdığını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Levittin sözlərinə görə, açıqlanan İstehlak Qiymətləri İndeksi (İQİ) hesabatı administrasiyasının inflyasiya böhranını nəzarət altına ala bildiyini təsdiqləyir.

O, brifinq zamanı bildirib ki, Tramp vəzifəyə başladıqdan sonra əsas İstehlak Qiymətləri İndeksi müqayisədə cəmi 2,4 faiz artıb ki, bu da əvvəlki 3,3 faizlik artımdan xeyli aşağıdır.

Bununla yanaşı, agentlik qeyd edir ki, ABŞ Əmək Departamentinin məlumatlarına əsasən, Donald Tramp ikinci prezidentlik müddətinin ilk doqquz ayında inflyasiyanı tam şəkildə cilovlaya bilməyib. İl ərzində müəyyən azalma müşahidə olunsa da, payız aylarında illik inflyasiya yenidən 2,7–3 faiz səviyyəsinə yüksəlib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…