Operativ Məlumat Mərkəzi

AEBA missiyası Qazaxıstanın nüvə infrastrukturunun tədqiqatına başlayıb

1 dəq
Paylaş:
AEBA missiyası Qazaxıstanın nüvə infrastrukturunun tədqiqatına başlayıb

Atom Enerjisi üzrə Agentliyin (AEBA) missiyası Qazaxıstanın nüvə infrastrukturunun şəkildə tədqiqatına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik”-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində energetika naziri Bolat Akçulakov deyib.

Nazir qeyd edib ki, missiyanın fəaliyyətinə Qazaxıstan tərəfdən Energetika Nazirliyi, Ekologiya Nazirliyi, “Kazatomprom” şirkəti, “Kazakhstan Nuclear Power Plants” (KNPP) və digər təşkilatlar dəstək göstərəcək.

Qeyd edək ki, Qazaxıstan hökuməti Balxaş gölü sahilində Ulken kəndi yaxınlığında ölkənin ilk Atom Stansiyasını tikməyi planlaşdırır.

Xatırladaq ki, haqqında sözügedən ərazidə SSRİ dövründə dövlət rayon elektrik stansiyası (DRES) tikiləcəkdi, lakin İttifaqın dağılması səbəbindən tikintiyə başlanılmamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax