Operativ Məlumat Mərkəzi

ADY Mingəçevirdə 4 nəfərin xəsarət aldığı qəzaya dair açıqlama yayıb

1 dəq
Paylaş:
ADY Mingəçevirdə 4 nəfərin xəsarət aldığı qəzaya dair açıqlama yayıb

Ötən gecə Mingəçevirdə qatar maşınla toqquşmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “ Dəmir Yolları” yayıb.

Bildirilib ki, Mingəçevirdə gecə saatlarında "Kia Sorento" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryolu xəttinin orta hissəsinə düşüb:

“Həmin vaxt ərazidə qatar hərəkətdə olmayıb”.

Qeyd edək ki, qəza nəticəsində dörd nəfər - 1991-ci il təvəllüdlü Tural Zahid Zeynalov, 1991-ci il təvəllüdlü Asif Alman oğlu Paşayev, 1991-ci il təvəllüdlü Gülşən Paşayeva və 1996-cı il təvəllüdlü Züleyxa Hüseyn qızı Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax