Operativ Məlumat Mərkəzi

Acarıstan hökumətinin keçmiş başçısı silahlı hücuma məruz qalıb

1 dəq
Paylaş:
Acarıstan hökumətinin keçmiş başçısı silahlı hücuma məruz qalıb

Gürcüstanın Muxtar Respublikasının keçmiş başçısı Tornike güllə yarası ilə Saqareco rayonunda (Kaxeti bölgəsi) klinikaya çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, T.Rijvadzeyə təcili tibbi yardım göstərilib. Həkimlərin sözlərinə görə, onun ağciyəri zədələnib və vəziyyəti stabil ağır olaraq qalır.

Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (intihar həddinə çatdırma) maddəsi ilə bağlı araşdırma başladılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax