Operativ Məlumat Mərkəzi

ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayırdı

2 dəq
Paylaş:
ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayırdı

ABŞ fevralın 6-da və Suriyada baş verən dağıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün əlavə 100 milyon dollar yardım ayıracağını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Departamenti məlumat yayıb.

Bildirilib ki, maliyyə yardımı USAİD və Əhali, Qaçqınlar və Miqrasiya Bürosu vasitəsilə veriləcək. Bununla da ABŞ-ın fevralın 6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ayırdığı 185 milyon dollara çatacaq.

"Bu humanitar yardım Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş həssas əhali üçün ayrılacaq.

Bu vəsait yataq ləvazimatı, qida paketləri, isti geyimlər, çadırlar və sığınacaq materialları kimi əsas yardım və xilasedici əşyaların satın alınması və paylanmasına xərclənəcək. Əlavə olaraq tibb və səhiyyə xidmətləri, içməli su və kanalizasiya sisteminin bərpası və faciəli zəlzələdən çəkən uşaq və gənclərin təhsil proqramlarına kömək ediləcək.

Birləşmiş Ştatlar zəlzələdən zərər çəkmiş ərazilərə yardım göstərmək üçün ictimaiyyətlə işləməyə davam edəcək", - Dövlət Departamentinin məlumatında bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr