Operativ Məlumat Mərkəzi

ABŞ onların "Green Card" sənədlərini yenidən yoxlayacaq

1 dəq
Paylaş:
ABŞ onların "Green Card" sənədlərini yenidən yoxlayacaq

ABŞ Prezidenti Tramp administrasiyası 19 ölkədən "Green Card" ABŞ-ə şəxslərin sənədlərinin yenidən araşdırılacağını açıqladı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Direktoru Cozef Edlou Trampın tapşırığı ilə risk yaradan ölkələrdən gələn hər bir əcnəbinin "Green Card" sənədlərinin hərtərəfli və ciddi şəkildə yenidən qiymətləndiriləcəyini bildirib.

BBC-nin bu ölkələrin hansılar olduğu ilə bağlı sualına cavab olaraq qurum iyun ayında Ağ Ev tərəfindən yayımlanan və , Kuba, Haiti, İran, Somali və Venesuelanın da yer aldığı bir açıqlamaya istinad edib.

Bu bəyanat, 26 noyabr Vaşinqtonda bir əfqan vətəndaşının iki Milli Qvardiya əsgərinə atəş açaraq ağır yaraladığı hücumdan sonra verilib.

"Green Card" araşdırmasının necə aparılacağına dair əlavə məlumat verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax