Operativ Məlumat Mərkəzi

ABŞ-nin yeni sanksiyaları Rusiya neftinin Hindistana tədarükünü faktiki olaraq dayandırdı

1 dəq
Paylaş:
ABŞ-nin yeni sanksiyaları Rusiya neftinin Hindistana tədarükünü faktiki olaraq dayandırdı

ABŞ-nin neft şirkətlərinə qarşı etdiyi yeni Rusiya neftinin Hindistana tədarük imkanlarını olaraq aradan qaldırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bloomberg xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun bir gün əvvəl elan etdiyi və Rusiyanın ən böyük neft istehsalçılarının qara siyahıya salınması ilə nəticələnən məhdudiyyətlər, tərəflər arasında neft tədarükünü davam etdirmək imkanını demək olar ki, istisna edir.

Agentlik qeyd edir ki, bu cür sanksiyalara ehtiyatla yanaşan ABŞ administrasiyası, Donald Tramp dövründə ilk dəfə olaraq Rusiyanın iri enerji şirkətlərinə birbaşa təsir edən addım atıb.

Nəticədə Hindistanın bir sıra neft emalı müəssisələri Divali bayramından sonra fəaliyyətə qayıdarkən Rusiya ilə neft ticarətini dayandırmaq məcburiyyətində qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax