Əsas məzmuna keç

"ABŞ-nin Venesueladakı əməliyyatı liberal dünya nizamının "dağılmasını" təsdiqləyir"

"ABŞ-nin Venesueladakı əməliyyatı liberal dünya nizamının "dağılmasını" təsdiqləyir"

Orban ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün icazə verdiyi iddia olunan hərbi əməliyyata toxunaraq, liberal...

ru

Macarıstanın baş naziri Viktor Orban ABŞ-nin Venesuelaya qarşı addımlarının mövcud qlobal nizamın dağılmaqda olduğunu göstərdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Orban ABŞ Prezidenti Trampın Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün icazə verdiyi iddia olunan hərbi əməliyyata toxunaraq, nizamının çökmə mərhələsində olduğunu deyib.

Onun sözlərinə görə, Trampın bir il əvvəl Ağ Evə qayıdışı liberal dünya nizamına “ölümcül zərbə” vurub. Orban qeyd edib ki, yeni dünya hələ tam formalaşmayıb və qarşıdakı illər daha qeyri-sabit, gözlənilməz və təhlükəli olacaq.

Macarıstanın baş naziri “Facebook” hesabında yazıb ki, hökuməti “sülh və yolunda” qalmaq niyyətindədir. O əlavə edib ki, əgər Fidesz– Vətəndaş Birliyi partiyası aprel ayında keçiriləcək parlament seçkilərində qalib gələrsə, bu siyasət davam etdiriləcək.

Orban Macarıstanın Ukraynadakı müharibədən uzaq durmaq istədiyini vurğulayaraq bildirib: “Biz macar gənclərini cəbhə xəttinə göndərmək istəmirik və ölkəni, eləcə də Macarıstan iqtisadiyyatını məhv etmək niyyətində deyilik.”

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…