Əsas məzmuna keç

"ABŞ-nin Maduronu ələ keçirmə əməliyyatı beynəlxalq hüquqa ziddir"

"ABŞ-nin Maduronu ələ keçirmə əməliyyatı beynəlxalq hüquqa ziddir"

bu barədə Fransa Nazirlər Kabinetinin sözçüsü Maud Brejon RMC radiosuna açıqlamasında bildirib.Onun sözlərinə görə, rəsmi Paris bu məsələdə mövqeyini...

ru

Fransa hökuməti ABŞ-nin prezidenti Nikolas Maduronu keçirməyə əməliyyatını hüquqa zidd hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa Nazirlər Kabinetinin sözçüsü Maud RMC radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəsmi Paris bu məsələdə mövqeyini dəyişməyib.

“Əlbəttə ki, bu, beynəlxalq hüquqa ziddir. Biz heç vaxt başqa cür deməmişik”, – deyə Brejon vurğulayıb.

Bununla yanaşı, Fransa hökumətinin sözçüsü baş verənlərə görə məsuliyyətin Nikolas Maduronun üzərində olduğunu da qeyd edib.

Brejon bildirib ki, hazırda əsas məqsəd Venesuelanın gələcəyi üçün yeni bir mərhələnin başlanmasına imkan yaratmaqdır.

O, bu prosesin dinc və demokratik şəkildə həyata keçirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…