Operativ Məlumat Mərkəzi

ABŞ Konqresi Baydenin impiçmenti məsələsini qaldıracaq

2 dəq
Paylaş:
ABŞ Konqresi Baydenin impiçmenti məsələsini qaldıracaq

ABŞ Konqresinin Palatasının üzvü, Corciya ştatından respublikaçı Marcori Teylor Qrin Konqresdə ABŞ Prezidenti Co Baydenin vəzifəsini yerinə yetirmədiyinə və ölkə sərhədlərini qorumadığına görə prosedurunu başlatmaq niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə o, cümə axşamı keçirilən konfransında bildirib.

“Tam ciddi şəkildə bu gün Amerikanı sonuncu yerə qoyan və 2021-ci il yanvarın 20-dən bu ölkənin sistemli şəkildə məhv edilməsi ilə məşğul olan ABŞ Prezidenti Co Baydenin impiçmenti üçün proseduru başlatmaq niyyətimi bildirirəm”, - Qrin deyib.

“Onun cənub sərhədi ilə bağlı siyasəti, sərəncam və bəyənatları qanunlarımızı pozub və ölkəmizi məhv edib. öz konstitusiya borcunu kobud şəkildə pozub və milli təhlükəsizliyimizə bilavasitə təhlükə yaradır”, - respublikaçı xanım söyləyib.

Onun fikrincə, Bayden ABŞ prezidentinin vəzifələrini yerinə yetirmək iqtidarında deyil, ona impiçment elan edilməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr